Avropa Birliyi Belarusiyaya qarşı sanksiyaları təsdiqlədi

Avropa Birliyi Belarusa qarşı sahəvi iqtisadi sanksiyalar paketini qəbul edib. Belə görünür ki, şura digər iqtisadi tədbirlər arasında Belarusun maliyyə bazarlarına çıxışını məhdudlaşdırmaq niyyətindədir. Qeyd edildiyi kimi, sanksiyalar Ryanair təyyarəsi ilə əlaqəli hadisədən sonra tətbiq edildi.

Verilən məlumata görə, şura bu gün yeni məhdudlaşdırıcı tədbirlər tətbiqini də təsdiqləyəcək.

Xəbəri “RİA Novosti” Avropa Birliyinin mətbuat xidmətinə istinadən xəbər verib: “Şura Belarusiyada insan haqlarının kobud şəkildə pozulması, vətəndaş cəmiyyətinin, demokratik müxalifətin və jurnalistlərin aqressiv təqibinə cavab olaraq Belarus rejiminə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etdi”.

Yeri gəlmişkən bildirək ki, şuranın iclasında Belarusun müdafiəsinə qalxan Rusiya Xarici İşlər Nazirliyi rəsmisi Minskə qarşı tətbiq edilən sanksiyaları “çirkinlik” adlandırıb. Bundan əlavə, Moskva Avropa İttifaqının davamlı təzyiqləri fonunda Belarusiyaya dəstək verəcəyinə də söz verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə