Fransa hökumətinin erməni “canıyananlığı”...

Erməni etirafına görə, son zamanlar bədbəxtçilik nəinki təkcə Ermənistanı, həm də Ermənistandakı ermənilərin “ümid yeri” kimi baxdıqları xaricdəki erməni diasporlarını da çuğlayıb. Elə bil bütün dünya bu “cəfakeş” ermənilərdən üz döndərib.

Erməni məntiqinə görə, belə olmamalıdır. Budur, Fransada yenicə yaradılmış “Fransız erməniləri şurası” hələ ki, yerində sayır. Yəni bu günə kimi, çöpü çöp üstünə də qoymayıb.

Məlumdur ki, son illər xaricdəki erməni diasporlarının uğursuz fəaliyyəti “mədəni erməni cazibəsini” tədricən itirməyə, diasporda ana dili biliklərini zəiflətməyə, Qərbi və Şərqi erməni dilləri arasındakı rəqabətin artmasına, Fransa ilə Ermənistan arasında qənaətbəxş olmayan iqtisadi mübadilə və hətta “ermənilərin qədim dədə-baba torpaqlarındakı” suverenlik haqqını da itirmə riskini artırıb.

Məsələ bundadır ki, bütün bu məsələlərin həlli ilə məşğul olmaq istəyən Fransadakı erməni diaspor fəallarının əsas fəliyyətləri xaricdəki erməniləri gücləndirməyə hesablanıb. Bunun üçün onlar strateji proqram da hazırlayacaqlar. Təbii ki, bu işdə Fransa hökuməti də ermənilərə yardımçı olacaq. Qeyd edək ki, bunları ermənilər deyirlər.

…Yeri gəlmişkən, bu gün mən burada farnsızların “nəvaziş göstərib qoyunlarına aldıqları” ermənilərin hansı xislət sahibi olduqları barədə nə farnsız yazıçısı Aleksandr Dümadan, nə də farnsız səyyahı Qraf De Şoledən nümunələr gətirəcəyəm.

…Xatırlamış olarsınız, prezidentliyi dövründə ilk dəfə İrəvana gələn Fransa prezidenti, yəqin ki, anasının erməni köşənli olmasına eyham vuraraq, ermənilərin fransızlarla eyni kökdən olduğunu bildirmişdi. Təbii ki, o vaxt yanlarında olmamışıq deyə, müdaxilə edə bilmək səlahiyyətində də deyilik. Amma burada mən yerinə düşmüşkən deyə, Makrona və eyni zamanda, onun müsəlman qadınlarını “xoxana” oxşadıb, əslində isə, özü xoxandan fərqlənməyən həyat yoldaşı seçiminə eyham olaraq “yazıq fransız xalqı” demək istəyirəm.

...Təbii ki, Makron, elə onun zövcəsi də, hazırda Ermənistanda yalnız faşistlərə deyil, həm də terrorçulara qəhrəman kimi hörmət edildiyini bilməmiş olmaz.

Burada fransızların balaca bacı çağırdıqları ermənilər barədə bir faktı xatırlatmaq istəyirəm. O vaxt Fransanın Orli hava limanında 8 nəfərin ölümü və 55 nəfərin yaralanması ilə başa çatan terror aktını törətmiş erməni Varujan Qarbidjianı Fransa hökuməti “humanistlik göstərərək” Ermənistana “sürgün” etdi. Yadınızda olar, həmin dövrdə ermənilərin baş naziri onu şəxsən özü hava limanında qarşılayaraq təriflədi. O, hətta Qarbidjianı terrorçuların liderlərindən biri saymaqdan da çəkinmədi. Gərək ki, sonradan ona “Ermənistan qəhrəmanı” adı da verildi... günahsız insanları öldürdüyünə görə...

Gərək ki, həmin ərəfədə, fransız qardaşlara ayağısürüşkən erməni bacılarından bir mesaj da ünvanlanmışdı. Belə ki, ermənilərin ASALA-sı hədə-qorxu gələrək “...əgər Fransa erməni xalqına münasibətdə terrorizm siyasətini davam etdirərsə”, bütün dünyadakı Fransa təşkilatlarına ermənilər tərəfindən hücum ediləcəkdir.

Al, bu da sənə “məhrəm” bacı-qardaşlıq...

Bu günlərdə fransalı tarixçi Maksim Qauinin bir aşıqlaması ilə rastlaşdım. Tarixçinin fikrincə, Ermənistanın hakim partiyası heç vaxt öz ideologiyasını gizlətməyib. Belə ki, Ermənistandkı hakim partiyanın ideologiyası həmişə Qaregin Nijdenin qeydlərinə və fəaliyyətinə əsaslanıb. Yəni bu günkü erməni ideologiyası vaxtilə Almaniya və İtaliyada mövcud olan irqçi ideologiya elementlərinin varlığıdır.

...Mənə elə gəlir ki, Fransada yaşayan ermənilər hələ ki, özlərində elə bir “güç” tapmayıblar. Əgər, tapsaydılar, təbii ki, çoxdan sahib olduqları irqçi ideologiyadan fransız qardaşlarına da bir pay ayırardılar...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə