Hindu məktəbi yaxınlığında tapılan gizli uşaq məzarları...

Bu il may ayının sonunda Kanadanın Kamlups şəhərindəki keşmiş məktəblərin birinin yaxınlığında təxminən 215-dən artıq hindu uşağının gizli məzarları aşkarlanıb. Qeyd edək ki, bu barədə məlumat yayan “National Post” nəşri tapılan məzarların Kanadada “mövcud olan” ən böyük gizli qəbristanlardan biri kimi təqdim edib.

Verilən məlumata görə, vaxtilə internat məktəbi kimi təqdim olunan məktəbin ərazisində tapılan məzarlar ölkədə şok effekti yaradıb. Maraqlıdır ki, tapılan 250-dən artıq məzarların daha da arta biləcəyi istisna edilmir.

Xatırladaq ki, 1890-1978-ci illərdə fəaliyyət göstərmiş bu məktəb vaxtilə Kanadada ən böyük rezident təhsil müəssisələrindən biri olub. Ehtimallara görə, məktəbdə 500-ə qədər hindu uşağı “təhsil alırmış”. Sonradan bu uşaqların mütəmadi olaraq yoxa çıxmaları, məktəb rəhbərliyi tərəfindən onların məktəbdən qaçmaları kimi qələmə verilirmiş.

Əslində, Kanadadakı məktəblə bağlı 2015-ci ildə aparılan tədqiqatlar vaxtilə bu məktəbdə həyata keçirilən mədəni soyqırımdan xəbər verir.

Onu da xatırladaq ki, 1876-cı ildə Kanada hökuməti hindu qanunu qəbul etmişdi. Həmi qanun, federal hökumətə ehtiyac duyacağı təqdirdə hindu torpaqların ələ keçirməyə icazə verirdi.

Onu da qeyd edək ki, bu gün müəmmalı şəkildə öldürülüb gizlədilmiş hindu uşaqlarının oxuduğu məktəb həmin ərəfədə Katolik Kilsəsinin nəzarəti altında olub. Bildirək ki, hökumət hindu uşaqlarını Kanada cəmiyyətinə inteqrasiya etmək üçün zorla bu məktəbə gətirirmişlər. Sonradan həmin uşaqların fiziki, cinsi və mənəvi istismara məruz qaldığı barədə də xəbərlər dolaşırmış. Bundan əlavə, həmin uşaqların tibbi yardımdan da məhrum edildiyi sonradan məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə