"Janssen Pharmaceuticals" şirkəti koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir

ABŞ-ın "Johnson & Johnson" korporasiyasına məxsus "Janssen Pharmaceuticals" şirkəti koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir.

SİA-nın məlumatına görə, bunu "TASS" agentliyinə şirkətin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Riç Fereyra deyib.

R.Fereyra bildirib: "Hal hazırda peyvəndimizi ABŞ-da təcili vəziyyətlərdə istifadə etmək üçün icazəmiz var. Peyvəndimiz klinik sınaqlarda təhlükəsiz və təsirli olduğu nümayiş etdirib. Peyvəndin təsirinin müddətini və təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını müəyyən etmək üçün araşdırmalara davam edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB