Avro-2020-nin 1/8 final mərhələsinin bütün cütlükləri məlumdur

"Avro-2020“nin 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
SİA xəbər verir ki, 1/8 final mərhələsinin iyunun 26-da saat 20:00-da başlayacaq birinci oyununda Uels və Danimarka milliləri qarşılaşacaqlar. Həmin gün saat 23:00-da İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər.
İyunun 27-də Niderland -Çexiya (20:00), Belçika - Portuqaliya (23:00), iyunun 28-də Xorvatiya - İspaniya (20:00), Fransa - İsveçrə (23:00), iyunun 29-da isə İngiltərə - Almaniya (20:00) və İsveç - Ukrayna (23:00) komandalarının oyunu ilə 1/8 final mərhələsinə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə