İranda avtobus qəzaya uğrayıb: iki jurnalist həyatını itirib

İranın İRNA dövlət informasiya agentliyinin müxbiri Reyhanə Yasini və İSNA agentliyinin müxbiri Məhşət Kərimi avtobusda Urmiyaya gedərkən qəzaya düşərək həlak olublar.
SİA xəbər verir ki, bir sıra qəzet, xəbər agentliyi və televiziya kanallarının jurnalistləri Urmiya gölünün qurumasının qarşısının alınması ilə əlaqədar həyata keçirilən işlərlə tanış olmaq üçün Tehrandan Urmiyaya avtobusla yola düşüblər.
Urmiya şəhəri yaxınlığında sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə