Blinken Almaniyanı ABŞ-ın ən yaxşı dostu adlandırıb

Blinken Almaniyanı ABŞ-ın ən yaxşı dostu adlandırıb

ABŞ dövlət katibi Entoni Blinken, Almaniyanı ABŞ-ın dünyada ən yaxşı dostu adlandırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Blinken bunu, Almaniya kansleri Angela Merkel ilə görüşdə dilə gətirib.

"ABŞ-ın dünyada Almaniyadan daha yaxşı ortağı, daha yaxşı dostu yoxdur", deyə Blinken görüş zamanı bildirib.

Blinken, digər məsələlərlə yanaşı, Almaniya ilə Rusiya və Çini müzakirə etməyi planlaşdırdığını söyləyib. O, ABŞ prezidenti Co Baydenin və Almaniya kansleri Merkelin gələn ay Vaşinqtonda görüşəcəyini səbirsizliklə gözlədiyini vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Ağ Ev, daha sonra isə Almaniyanın Nazirlər Kabineti, Baydenin 15 iyulda Vaşinqtonda Merkeli qəbul edəcəyini, tərəflərin COVID, iqlim, iqtisadiyyat və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəyini bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə