Kyododakı xəbərə görə, Ueno zooparkından edilən açıqlamada, "Şin-Şin" adlı 15 yaşındakı pandanın əkiz balası olduğu deyilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Şin-Şin" və balalarının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Əkizlərin çəkisi 124 qramdır.

Ueno zooparkının direktoru Yutaka Fukuda, zooparklarında ilk dəfə əkiz pandaların dünyaya gəldiyini və bu xoş xəbəri ilk dəfə eşidəndə sevincindən qışqırdığını söyləyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə