İran Almaniyanın federal kansleri Angela Merkelin təyyarəsinin uçuşuna müvəqqəti qadağa qoyub. SİA-nın məlumatına görə, qadağa nəticəsində Angela Merkelin Hindistana səfəri ləngiyib. Belə ki, Hindistana gedən təyyarə Yeni Delhiyə enməmişdən qabaq 2 saat Türkiyənin hava sahəsində dövr edib.
Baş nazirin sözçüsü Steffen Seibert mövzu ilə bağlı açıqlama verərək ciddi problem yaşanmadığını diqqətə çatdırıb: \"Angela Merkel Hindistana səfərinə hazırlaşan zaman belə bir problemlə üzləşəcəyimizdən xəbərdar deyildik. Hindistan səfəri fövqəladə bir hadisə ilə başladı, amma düşünürük ki, uğurlu bitəcək. İran təyyarənin uçuşuna qadağa qoyduqdan bir neçə dəqiqə sonra federal kanslerin təyyarəsi İran üzərindən keçib, ona görə də müəyyən problemlər yaranıb. Lakin Angela Merkeli müşayiət edən digər bir təyyarə isə qadağa qərarından əvvəl səfərə çıxdığı üçün rahatlıqla Hindistana çatıb. Hindistan səfəri çərçivəsində İran tərəfindən yaşanan maneələri koordinasiya problemləri ilə əlaqələndiririk\".
Xatırladaq ki. Almaniyanın federal kansleri Angela Merkelin Hindistan səfəri 2 gün davam edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB