Əfqanıstanda partlayışlar davam edir. SİA-nın məlumatına görə, paytaxt Kabil şəhərində baş verən partlayış nəticəsində 10 nəfər həlak olub.
Bölgənin təhlükəsizlik səlahiyyətlisi Haşmet Stanekzai bildirib ki, partlayış 10 nəfərin ölümünə, çox sayda insanın da yaralanmasına səbəb olub: \"Axşam saatlarında paytaxtın bazarında partlayış baş verdi. Hadisə nəticəsində 10 nəfər öldü. Digər yaralılar isə xəstəxanalara yerləşdirilib. Vəziyyətləri ilə tez-tez maraqlanırıq. Həkimlər ümumi vəziyətin qənaətbəxş olduğunu deyirlər. Partlayışın səbəblərinə gəldikdə isə, bu barədə hələ məlumatımız yoxdur\".
Qeyd edək ki, hadisədən dərhal sonra polislər bölgədə araşdırmağa aparmağa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB