Fəthi Baca: \"Qəddafi elə bir qorxaqdır ki, onun döyüşməyə də cəsarəti yoxdur\"
Liviyada müxalifət Qəddafiyə növbəti dəfə zərbə vurmağa hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə müxalifətçilərin xarici işlər naziri Fəthi Baca məlumat verib.
O bildirib ki, artıq Qəddafinin vəziyyəti getdikcə pisləşir və bunu özü də yaxşı bilir: \"Artıq Qəddafi hakimiyyəti sona yaxınlaşır. Düşünürəm ki, bu hakimiyyət böyük çətinliklərlə üz-üzədir. Məhz buna görə də, onun hakimiyyəti təhvil verməkdən başqa çıxış yolu yoxdur. Artıq hərbi güc tarazlığı da Qəddafinin əleyhinədir. Ətrafındakıların Qəddafini bir-bir tərk etməsi, Rusiyanın onun haqqındakı düşüncələri və bunun kimi bir sıra hadisələr də Qəddafi hakimiyyətinin vəziyyəti haqda söz deməyə kifayətdir. Bütün bunlarla yanaşı, Qəddafi elə bir qorxaqdır ki, onun döyüşməyə cəsarəti yoxdur, ona görə də qaçmaq üçün müxtəlif yollar axtarışındadır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB