Bayden ABŞ-ın KXDR-ə qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb

Prezident Cozef Bayden ABŞ-ın KXDR-ə qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yayımladığı sənədlərdə deyilir.

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra prezident fərmanları əsasında qoyulmuş məhdudiyyətlərin davamını təmin edir və Pxenyana qarşı tətbiq edilən fövqəladə vəziyyətin uzadılmasına aiddir.

Vaşinqton tərəfindən həyata keçirilən məhdudiyyətlər Pxenyanın kütləvi qırğın silahlarının və onların çatdırılmasının qarşısını almağa yönəlmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə