ABŞ hərbi kontingenti müəyyən olunmuş vaxtda Əfqanıstandan çıxarılacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi kontingenti vaxtında Əfqanıstandan çıxarılacaq və bu ölkədəki mövcud vəziyyət plana təsir göstərməyəcək.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

O, Əfqanıstandakı daim dəyişən vəziyyətin fonunda ABŞ ordusunun çıxarılması planlarında dəyişikliklər barədə verilən suala cavab olaraq bildirib: "İki şey dəyişməz olaraq qalır. Birincisi, diplomatik protokollara riayət etmək üçün qalan birliklərdən başqa, bütün ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını başa çatdıracağıq. İkincisi, bu proses sentyabr ayının əvvəlində ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə