Hə, indi də başlayıblar Nikolun arxasınca döşəməyə... Deyirlər ki, guya o təbliğat vaxtı seçicilərinə yalançı vədlər verib. Belə ki, bəzilərinə dolayı yollarla rüşvət ötürüb, kənddə yaşayanlara faizsiz borclar boyun olub, polis zabitlərinə yüksək maaş verdirəcəyini deyib, döyüşdən qaçan fərarilərə amnistiya təminatı verib... Sən demə, bu sadalananlar hələ hamısı da deyilmiş. Demə, bütün bunlardan əlavə, Paşinyan siyasi taktikalardan da yaxşı yararlana bilib. O hətta məqsədinə nail olmaq üçün inzibati resurslardan da maksimum dərəcədə istifadə edə bilib. ...Sizdə deyirdiniz ki, Nikol bacarıqsızın, işəyaramayanın biridir. Amma gördüz, qələbə qazandı...
İndi də başlamısınız ki, Nikol bizi, yəni “Hayastan”la “Mənim qürurum var” ittifaqlarını başqaları ilə səhv salmasın: “ölərik, amma Nikolla kompromisə getmərik, yəni Paşinyanla heç bir işə qol qoymarıq”.
Əslində, sizə burada bir “malades” demək olardı, amma sizin bundan sonra hansı yol seçəcəyinizi düşünüb saxladım. Əvvəla xatırladım ki, sizin ölkənin Konstitusiya Məhkəməsinə müraciət etməyiniz üçün heç bir əsasınız yoxdur. Çünki qeydə alınan seçki pozuntularının sayında “qələbə sizinlədir”. Yəni siz seçki pozuntularınızla irəlidə gedirsiniz.
Amma bir şeyi də sizə xatırladım ki, bu yaxınlarda elə sizləri çəkiclə məğlub etməklə hədələyən Nikolun indi sağlam qüvvələrin birləşdirilməsi kimi “səmimi təklifini” qəbul etmək istəmirsiniz.
Hətta Nikola verilən səslərin əksəriyyətinin Ermənistanın əyalətlərində yığıldığını, İrəvanda onu istəyənlərin az olduğunu və ya olmadığını əsas kimi götürərək nəyəsə ümid edirsiniz.
Təbii ki, hələlik Ermənistandakı siyasi böhranın həllindən danışmaq mümkün deyil. Belə ki, seçki nəticələrinin doğuracağı böhran erməni böhranının yalnız ilk mərhələsidir. Ermənistanın siyasi həyatında yaşanacaq müxtəlif cür narahatlıqlar isə hələ irəlidədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB