İsveç hökuməti Avropa İttifaqı və Avropa İqtisadi Zonasından İsveçə səyahət qadağasının uzadılmasına qərar verib.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, istisnalar vaksinasiya sertifikatı, koronavirus üzrə cavabı mənfi olan test nəticəsi və ya antitellərin mövcudluğu barədə sənədi olan şəxslərə aid edilir.
Qadağanın uzadılması iyunun 30-u qüvvəyə minir və avqustun 31-dək qüvvədə olacaq. Danimarka, Finlandiya, İslandiya və Norveç sakinləri üçün ölkəyə giriş məhdudiyyəti yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB