Ermənistanda keçirilmiş parlament seçkilərində səslərin 86,4 faizi hesablanıb - Paşinyan liderdir

Ermənistanda keçirilmiş parlament seçkilərində səslərin 86,4 faizi hesablanıb - Paşinyan liderdir

Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 86,4 faizi hesablanıb.

SİA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 55,02 faiz səslə liderlik edir.

Bildirilir ki, ikinci yerdə 20,41 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,23 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə