Paşinyanın partiyası seçkilərdə böyük fərqlə liderlik edir

Paşinyanın partiyası seçkilərdə böyük fərqlə liderlik edir

Ermənistandakı erkən parlament seçkiləri ilə bağlı hesablama məlumatları paytaxt İrəvanda bütün ölkə ilə müqayisədə çox fərqlənir. MSK-nın məlumatına görə, paytaxtda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 68,22% səslə liderlik edir, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası isə 19,38% səs toplayıb.

SİA xəbər verir ki, ölkə üzrə 2008 seçki məntəqələrindən 80-də səslərin hesablanmasının nəticələrinə görə, Paşinyanın partiyası keçirilən parlament seçkilərində böyük fərqlə liderlik edir.

İlk məlumatlara görə, “Vətəndaş müqaviləsi” 58%, “Ermənistan” bloku 22% səs qazanıb. Bundan başqa, iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasına 5% seçici səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə