Parlament seçkiləri atəş səsləri ilə başlayıb

İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri atəş səsləri ilə başlayıb. SİA Ermənistan mətbuatına istinadla xəbər verir ki, səhər saatlarında Ararat vilayətinin Azadaşen kəndindəki seçki məntəqəsində “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında silahlı insident baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

Bundan əlavə, “Şirinyan-Babacanyan demokrat alyansı” blokundan baş nazir vəzifəsinə namizəd Arman Babacanyanın avtomobili atəşə tutulub.

Hadisə ilə bağlı açıqlama verən Babacanyan bildirib: “Əgər qatil, oğru, mafiya üzvləri azadlıqdadırlarsa, üstəlik, seçkidə iştirak edirlərsə, bu cür insidentlərdən qaçmaq mümkün deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...