Fransada təyyarə qəzası olub İKİ NƏFƏR ÖLÜB

Fransanın şərqindəki Savoy departamentində yüngül bir turist təyyarəsi qəza edib və partlayıb. SİA xəbər verir ki, bu barədə yerli səlahiyyətlilər məlumat veriblər.

Məlumatda həmçinn göyərtədəki iki nəfərin öldüyü qeyd olunur.

Savoy əyaləti səlahiyyətlilərinə görə, təyyarə cümə axşamı “Bauges” massivinin dağlarında təxminən 1,1 min metr yüksəklikdə qəzaya uğrayıb. Hadisə şahidi qəza barədə təcili yardım xidmətinə məlumat verib.

Savoy əyalətinin Twitter-də yayımladığı açıqlamasında bildirilir ki, "Anci-dən havaya qalxan təyyarənin göyərtəsindəki iki nəfər, təyyarə qəzasının ardından meydana gələn partlayış zamanı ölüb.

Xatırladaq ki, hava nəqliyyatı məsələləri üzrə jandarma müstəntiqləri qəza yerinə yollanıb, hadisənin şərtlərini təyin etməlidirlər. Şöbənin prefektri Paskal Bolo ölənlərin ailələrinə başsağlığı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə