“Almaniya hələ də əvvəlki kimi Rusiya ilə dialoqa ehtiyac duyur” MERKELİN ETİRAFI

Almaniya hələ də Rusiya ilə dialoqa ehtiyac duyur və bu ölkələr arasında yaxın tarixi, cəmiyyətlərarası, iqtisadi əlaqələr var. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın kansleri Angela Merkel söyləyib.

"Hələ də Rusiya ilə dialoqa ehtiyacımız var. Ölkələrimiz tarixən, sosial və iqtisadi cəhətdən bir-biri ilə sıx bağlıdır", deyən kansler, Almaniya ilə Rusiyanın beynəlxalq əməkdaşlıqla da əlaqəli, bağlı olduğunu qeyd edib.
"Koronavirus pandemiyası bunu bizə bir daha göstərdi və bu, hamımızı maraqlandıran qlobal istiləşmə ilə mübarizəyə də aiddir, Rusiya bunun üçün əhəmiyyətli rol oynayır", deyə Merkel bilirib.

Merkel, son zamanlarda Rusiyada və Belarusiyada sivil cəmiyyətin iştirakının məhdudlaşdırıldığı və qeyri-mümkün hala gətirildiyi üçün Almaniyanın "ağrı yaşadığını" da əlavə edib. Onun sözlərinə görə, Almaniya və AB "Ukrayna Krımı" ətrafında olan vəziyyəti və Rusiyanın Donbasdakı əhəmiyyətli dəstəyini "qəbul edə bilməz".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə