Buna erməni yalanı demək olarmı?

Bu gün Ermənistanın qütbləşmiş cəmiyyətinin yaxşı heç nə vəd etmədiyini, insanların bir-birini xain hesab etdiyini, söyüşün, təhqirin adi hal aldığını və bütün bunların seçkidən sonra toqquşmalara gətirib çıxara biləcəyini nəzərə alan “Joxvurd” nəşri yerli sakinlərə təmkinli olmağı məsləhət görüb. Nəşr yazır ki, “...hətta ABŞ səfirliyi belə bəyanat yayaraq vətəndaşlarını yaxın iki həftə ərzində Ermənistana və ya bu ölkədə insanların sıx olduğu yerlərə getməkdən çəkinməyə çağırıb”.

Bunu ermənilərin diqqətinə çatdıran “Joxvurd” ermənilərə heç olmasa, xaricilərdən nümunə götürməyi məsləhət görüb.

Beləliklə, iyunun 19-u Ermənistanda sükut günüdür. Yəni səsvermədən əvvəlki gündə kütləvi çıxış və tədbirlər, habelə yerüstü yayım həyata keçirən çap materialları, radio-televiziya şirkətləri ilə təşviqat aparılmaq qadağandır.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, erkən seçkilərin keçirilməsi yalnız hökumət başçısı istefa verəcəyi və ölkə parlamenti baş naziri iki dəfə seçmədiyi halda mümkündür. Bildirək ki, belə hal artıq Ermənistanda yaşanıb, yəni 3 və 10 may tarixlərində erməni parlamenti iki dəfə ard-arda olaraq Nikol Paşinyanı baş nazir seçmədi və bundan sonra parlament də buraxıldı. Elə həmin gün Ermənistan prezidenti Armen Sarkisyan 2021-ci il iyunun 20-dək ölkə parlamentinə erkən seçkilərin təyin edilməsi haqqında fərman imzaladı.

Beləliklə, erməni MSK-sı qeydə aldığı 21 partiya və 4 partiya bloku sabah seçkidə iştirak edəcək. Onu da deyim ki, bu partiya və blokların arasında elələri var ki, əksər ermənilər elə bu günə qədər də onların nə iş gördükləri barədə məlumatsızdırlar. Bu partiya və bloklar, sadəcə olaraq, “tutar qatıq, tutmaz ayran” prinsipi ilə seçkiyə qatılırlar. Onu da xatırladaq ki, Ermənistan MSK-sının açıqlamasına görə, 650 nəfər elektron səsvermə hüququ əldə edib...

Təbii ki, bütün bunlar öz yerində, amma burada maraqlı görünən bəzi nüansları da diqqətinizə çatdırmaq istəyirəm. Deməli, erməni nəşrinin seçkilərdən əvvəl Ermənistan ərazisində 38 seçki dairəsi və 2008 seçki məntəqəsi yaradılması barədə yazdığına heç bir iradımız yoxdur. Amma nəşrin Ermənistan polisinin məlumatına istinad edərək, müvafiq reyestrə daxil olan respublikadakı seçicilərin ümumi sayının 2 578 678 nəfər göstərilməsinə iradımız var.

...Buna inanmaq çətindir, bundan əlavə, görən, buna erməni yalanı demək olarmı?

Ağasəf Babyev

Bütün xəbərlər Facebook səhifəmizdə