Zaxarova Kulebanın sözlərini ələ salıb "KRIM PLATFORMASI" İLƏ BAĞLI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Ukrayna xarici işlər naziri Dmitri Kulebanın "Krım Platforması"-nın Ukraynada son 30 ildə ən böyük hadisəyə çevriləcəyinə dair sözlərini ələ salıb. SİA xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi bu barədə öz Teleqram kabalında yazıb.

"Əvvəllər Kiyev liderləri Krımı geri qaytarmaq istəyirdi. İndi istəklər daha təvazökardır - sadəcə parlaq bir tədbir lazımdır. Ümidsizlikdən, görünür, “nə qədər halva desən də ağzın daha şirin olmayacaq”, atalar sözünü sınamağa qərar veriblər", deyə Zaxarova yazıb.

Xatırladaq ki, bir qədər əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba, 23 Avqustda Kiyevdə keçiriləcək Krım Platforması sammitinin Ukraynanın əvvəllər ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirə çevriləcəyini söyləyib. Ukrayna prezidenti Vladimir Zelenski isə bu hadisə barədə may ayının sonunda danışıb. Onun sözlərinə görə, Ukrayna Krımı Kiyevin nəzarətinə qaytarmaq üçün hər şeyi edir. Ukrayna tərəfi tədbirə ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada və AB ölkələri daxil olmaqla bir çoxlarını qoşulmağı təklif edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...