İş adamı şok yaşadı, 4 kiloqram qızıl külçəsi oğurlandı

İstanbullu Zeytinburnuda çinli iş adamının yolunu kəsən qarətçilər onun 4 kiloqram qızıl külçəsini götürərək qaçıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, çinli iş adamı şokdan çıxdıqdan sonra vəziyyəti dərhal polisə bildirib.

Cinayətlə əlaqədar işə başlayan Asayiş Şöbəsinin axtarış qrupları 7 nəfəri nəzarətə götürüblər. Şübhəlilərin ünvanlarında aparılan axtarışda seriya nömrəsinin bir hissəsi kəsilmiş 1 qızıl külçə tapılıb.

Axtarış qrupları hadisə yerindəki təhlükəsizlik kameralarını araşdıraraq şübhəlilərin şəxsiyyətlərini müəyyən ediblər. Gərgin çalışmalar nəticəsində polis qrupları cinayətlə əlaqəli 5 şübhəlinin izini aşkar ediblər.

Polis bölməsinə gətirilən Rüstem A, Dilyar U, Tursun A, Abdullah D, Ali S, Muxitdin M və Ali A ilkin dindirilmədən sonra ədliyyə həbsxanasına köçürülüblər. Muxittin M. məhkəmə nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər məhkəmə orqanları tərəfindən tutularaq həbsxanaya göndəriliblər. Çinli iş adamına qarşı soyğunçuluq anı kameralarda əks olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə