Ofisində ölü tapılan maliyyə müşaviri

Maliyyə müşaviri Tülay Keseli İzmirin Konak mahalında xəbər alına bilməyən ofisində ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən saat 23:30 radələrində Yenişehir Mahallesi 1202 küçəsində yerləşən bir iş mərkəzində baş verib.

İddialara görə günortadan bəri maliyyə müşaviri olaraq çalışan Tülay Keseliden xəbər ala bilməyən qohumları vəziyyəti polisə bildirib. Polislərə xəbər verildikdən sonra Tülay Keselinin ofisinə gedilib. Çilingər köməyi ilə qruplar Keselini yerdə hərəkətsiz uzanmış vəziyyətdə tapıblar.

Hadisə yerinə çağırılan sağlamlıq qrupları Keselinin öldüyünü təyin edib. Bələdiyyə həkimi müayinəsində Keselinin ölümünün şübhəli olduğunu deyib. Prokuror və polis tərəfindən aparılan istintaqdan sonra Keselinin cansız bədənində ölümün dəqiq səbəbini təyin etmək üçün İzmir Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Cinayətlə bağlı istintaq aparılır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə