Yeni Zelandiyanın Baş naziri koronavirusa qarşı peyvənd olunub

Yeni Zelandiyanın Baş naziri xanım Casinda Ardernə ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin peyvəndi vurulub.
SİA xəbər verir ki, bu barədə iyunun 18-də “Radio New Zealand” radiosu məlumat yayıb.
Bildirilir ki, Yeni Zelandiya hökumətinin başçısı vaksinin ilk dozasını Oklend vaksinasiya mərkəzində qəbul edib.
“Bu, mənim üçün böyük hadisədir, çünki bu ölkə tarixində ən böyük vaksinasiya kampaniyasıdır”, - deyə C.Ardern bildirib.

Baş nazir qeyd edib ki, özünü qripə qarşı vurulan vaksindən sonra özünü əvvəlkindən daha yaxşı hiss edir.
C.Ardern xatırladıb ki, fevralın 20-də başlanan vaksinasiya üzrə milli proqram iyulun sonlarından başlayaraq, hər ay daha geniş xarakter alacaq və oktyabrda ölkənin bütün əhalisinin vaksin qəbul etmək imkanı yaranacaq.
Hazırda ölkə əhalisinin təqribən 7,7 faizinin (340 min nəfər) vaksinin hər iki dozasını aldığını deyən Baş nazir, kampaniyanın planı qismən qabaqladığını da bildirib. Qeyd edib ki, 2021-ci ilin sonlarınadək hökumət arzu edənlərin hamısının vaksin qəbul etməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...