Rusiya ABŞ-ın nüvə sualtı gəmisinin ovuna çıxdı - Putin əmr verdi! - FOTO
Qara dənizdə Ukrayna ilə Rusiya arasında başlayan gərginliyə ABŞ da qoşuldu. ABŞ və Rusiya arasındakı gərginlik dünyanın diqqətini çəkdiyi bir vaxtda Putindən çoxdan gözlənilən bir həmlə gəldi. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın dövlət başçısı ABŞ-ın Qara dənizdə mövcudluğuna cavab olaraq Sakit okeandakı Hərbi Donanmasının gəmi və təyyarələrinə Havay adaları sahillərindəki Amerikanın nüvə sualtı gəmisini "ovlamaq" əmrini verdi.
Qeyd edək ki, bir neçə saat əvvəl Amerikanın "USS North Carolina" nüvə sualtı qayığı Havay adalarındakı hərbi bazasını tərk edib okean sularına daxil olub. Bu hərəkət Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin və uzun mənzilli sualtı qayıq əleyhinə təyyarələrin Havay adaları yaxınlığında aşkar edilməsindən sonra baş verib.
Bundan əvvəl Avia.pro xəbər portalı bir qrup Rusiya hərbi gəmisinin Havay adalarına yola düşdüyünü və onlara uzaqmənzilli sualtı gəmi əleyhinə tətbiq olunan təyyarələrin də qoşulduğunu bildirmişdi. Rusiya hərbi gəmiləri və döyüş təyyarələri bundan əvvəl Amerika dəniz qüvvələrinə qarşı, eləcə də ABŞ-ın ən böyük dəniz bazalarından birinə hücum edib məhv etmək üçün təlimlər keçirdilər.
ABŞ-ın USS North Carolina nüvə sualtı qayığının hansı istiqamətə getdiyi məlum deyil, ancaq Rusiya ordusunun Amerika sualtı qayıqlarını xüsusi izləmə üsulları var. Rusiya KİV-ləri xəbər verir ki, Vladimir Putin ilə Co Bayden arasında 16 iyunda baş tutan görüşün fonunda NATO ilə ABŞ-ın Qara dənizdə bir təxribat hazırladığı məlum idi. Bu addım Pentaqon və İttifaqa üzv dövlətlərin Ağ Evlə Moskva arasındakı münasibətlərin yaxşılaşmasına mane olmaq səylərindən irəli gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB