Fransa məktəblisindən Makrona sillə kimi sual: "Şapalaq necə idi?"

Fransa məktəblisindən Makrona sillə kimi sual:

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda Drome bölgəsini ziyarət edərkən bir sakin onu şapalağa "qonaq" etmişdi. Turizm və otelçilik liseyini gəzdikdən sonra Makron onu gözləyən izdihama yaxınlaşıb. Prezidentlə görüşən şəxs bir əli ilə Makronun qolunu tutub, digər əli ilə onu şapalaqlayıb. Makron şapalağın təsirindən şok yaşayıb.

Dünən isə Fransanın Somme bölgəsindəki bir ibtidai məktəbi ziyarət edən Fransa prezidenti yumruqdan da ağır zərbə alıb. Məktəbin girişində şagirdlər tərəfindən qarşılanan Makrona məktəblilərdən biri öldürücü sual verib: "Şapalaq necə idi?".

Kiçik oğlanın sualından şoka düşən Makron bir müddət nə deyəcəyini bilməyib. Qısa fasilədən sonra bunun heç də yaxşı olmadığını bildirib: "Bu davranışdan nümunə götürməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə