Sloveniyada son 8 ayda ilk dəfə sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb
Sloveniyada 2020-ci ilin oktyabr ayından ilk dəfə son sutka ərzində koronavirusdan ölüm hadisəsi qeydə alınmayıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Respublikanın Səhiyyə naziri Yanez Poklyukar deyib.
Səhiyyə naziri bildirib: "Son gün 9 sentyabr 2020-ci ildən sonra ilk dəfə gündəlik yoluxmuş xəstəlarin sayı 100-dən aşağı düşüb - cəmi 83 hal. Bu gün, həmçinin, 10 oktyabr 2020-dən ildən indiyədək koronaviruslu xəstələr arasında ölüm qeyd etmədiyimiz ilk gündür".
Ümumilikdə pandemiya başlayandan Sloveniyada 250 288 yoluxmuş xəstə müəyyən edilib, pandemiya qurbanlarının sayı 4 409 nəfər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB