Putin Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərin vaxtını təyin edib

Putin Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərin vaxtını təyin edib

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçiriləcək seçkilərin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması deputatlarının seçilməsi haqqında 22 fevral 2014-cü il tarixli, 20-FZ saylı Federal Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qərar alıram:

Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına millət vəkillərinin seçilməsi 19 sentyabr 2021-ci il tarixinə təyin edilsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə