Ərdoğan Cənub-Şərqi Avropa ölkələri sammitində çıxış edib

Ərdoğan Cənub-Şərqi Avropa ölkələri sammitində çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Cənub-Şərqi Avropa Ölkələri Zirvəsi üçün sizi ölkəmizdə qəbul etməkdən xoşbəxtəm. Arzu edirəm ki, zirvə görüşümüz və məsləhətləşmələrimiz ölkəmiz, bölgəmiz və bütün bəşəriyyət üçün faydalı olsun”, deyib.

"Son 1 il yarımda üz-üzə görüşmələrimizi təxirə salmalı və ya onlayn şəkildə keçirməyə məcbur olduq. Peyvəndin yayılması ilə virusa qarşı əhəmiyyətli bir mövqe qazandıq. Bu görüşü fiziki olaraq təşkil etmək ayrı bir xoşbəxtlik mənbəyidir", - deyən Ərdoğan qeyd edib ki, səfər zamanı pandemiyaya qarşı gördüyümüz tədbirləri yaxından görmək fürsəti əldə edəcəksiniz: “Xüsusi olaraq bildirmək istəyirəm ki, bütün Avropa xalqlarının tətillərini ölkəmizdə keçirməsini gözləyirik. Cənub-Şərqi Avropada möhkəm təməllər üzərində sülh və sabitlik mühiti yaratmaq üçün Cənub-Şərqi Avropa Ölkələri Sammitinə başladıq. Bu il 25 illik yubileyini qeyd edirik. 25 ildə 13 iştirakçı ilə böyük bir ailəyə çevrildik. Bölgə ölkələrinin siyasi böhran zamanlarında belə danışmalarını təmin etməyi hədəflədik. Yalnız siyasi və təhlükəsizlik əməkdaşlığını inkişaf etdirmək üçün qurulmamışdır. Bu müddət həm də demokratiya, ədalət və qanunsuz fəaliyyətlərə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığımızı gücləndirməyi hədəfləyirdi”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə