Vladimir Cabbarov: Putin və Bayden zirvəsininin nəticəsi Qərb üçün sürpriz oldu – RƏY
16 iyunda Cenevrədə baş tutan Rusiya-ABŞ zirvəsi demək olar ki, bütün ekspertlərin proqnozlaşdırdığı kimi bitdi - heç bir irəliləyiş olmadı. Əslində, tərəflər arasında mövcud olan ziddiyyətlər səviyyəsini nəzərə alaraq belə bir şey gözləmək çətin idi. Əlbətdə ki, buna tam olaraq nəticəsiz də deyilə bilməz.
Danışıqların bəzi nəticələri
Danışıqların ən gözə çarpan nəticəsi Rusiya və ABŞ səfirlərinin işlərinə, müvafiq olaraq Vaşinqton və Moskvaya qayıtmasıdır. Aydındır ki, bunun üçün sammitin keçirilməsinə ehtiyac yox idi- daha aşağı səviyyədə razılaşmaq mümkün idi. Ancaq fakt budur.
Bundan əlavə, strateji hücum silahları ilə bağlı danışıqların davam etdirilməsinin, həmçinin kiberməkanda qarşılıqlı fəaliyyət prinsipləri barədə razılığın əldə olunmasının zəruriliyi bildirildi.
Sammitin sonunda çox qısa olsa da, yalnız bir məsələ ilə əlaqəli- strateji sabitliklə əlaqəli bir kommunike qəbul edildi.
Əsas odur ki, görüşdülər
Bəs bundan sonra nə baş verəcək? Tərəflər özlərinə vaxt verdilər ki, ən azı bəzi mövzularda danışıqlarda irəliləməyə çalışsınlar. Amerikalılar hər hansı bir razılığa gəlmək perspektivlərinin 6 ay ərzində aydın olacağını deyirlər.
Rusiya Federasiya Şurası beynəlxalq əlaqələr komitəsi rəhbərinin 1-ci müavini Vladimir Cabbarovun sözlərinə görə, prezidentlərin görüşü çox müsbət oldu.
"Ən əsası, heç bir uğursuzluq baş vermədi. Tərəflər müxtəlif sahələrdə əlaqələri bərpa etmək üçün proseslərə başlamaq barədə razılığa gəldilər. Hər şeydən əvvəl, diplomatik münasibətlər və konsulluq viza xidmətləri tamamilə bərpa ediləcək. Bu məsələ bu yaxınlarda çox kəskinləşmişdi. Bütün ziddiyyətli məsələlərdə ortaq iş, həmşinin silahsızlanma məsələləri ilə əlaqədar xarici işlər nazirlikləri vasitəsi ilə yeni başlanğıc müqaviləsinin hazırlanması nəzərdə tutulur"- senator Pravda.Ru-ya bildirib.
"Və ən maraqlısı tərəflərin bir-birlərinə qarşılıqlı hörmət göstərməsidir. Prezidentimiz hər zaman çox doğru, maksimal dərəcədə təmkinlidir. Və Bayden çox ciddi, çox balanslı davranırdı ki, bunu da prezidentimiz də qeyd etdi. Düşünürəm ki,danışıqların nəticəsi bir çoxları üçün, həmçinin Vaşinqton üçün tam bir sürpriz oldu"- Vladimir Cabbarov deyib.
Politoloq Leonid Krutakovun fikrincə, görüşün əsas nəticəsi onun baş tutmasıdır.
"Görüşün əsas nəticəsi, ümumiyyətlə, görüşmələridir. Sammitin özü Rusiyaya və şəxsən Putinə qarşı ittihamlar dalğasından sonra baş tutdu. Amerika və Qərb cəmiyyətində belə bir fikir hakim idi ki, Rusiya və Putin diz çökdürülməlidir. Ancaq belə bir şey olmadı"- siyasi analitik Pravda.Ru-ya deyib.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB