Bayden özünün Putinlə görüşünü yüksək qiymətləndirib

ABŞ Prezidenti Cozef Bayden Cenevrədə Rusiya Prezidenti Vladimir Putin ilə görüşünü yüksək qiymətləndirib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, C.Bayden bu fikri danışıqların nəticələri ilə bağlı danışarkən deyib.

C.Bayden bildirib: "Müzakirə etmək istədiyim reallıqls səhvləri və təhrifləri olmaması üçün şəxsən görüşmək vacib idi".

ABŞ və Rusiya prezidentləri ölkələrinin "qarşılıqlı maraqlara çatmaq" üçün çalışacaqları müxtəlif sahələri müəyyənləşdiriblər.

ABŞ rəhbəri "birbaşa ünsiyyət"in vacib olduğunu vurğulayıb və deyib: "Dörd saat davam edən görüşümüz tamamilə yüksək əhval ruhiyyədə və pozitiv keçib"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...