“Rusiya seçkilərə agent şəbəkəsi vasitəsi ilə təsir göstərməməlidir”

…İşin gedişatına mane olanı axtarıb tapmaqla deyil ki…Budur, ermənilər elə təzə-təzə Robert Koçaryana, onun “Hayastan”ına “meyl salmağa” köklənirdilər ki, Xristian Demokrat Partiyasının rəhbəri Levon Şirinyan bu yandan başını çıxarıb həmvətənlərini “yalanla yoğrulmuş şirin dilə” inanmamağa səsləyib. Şirinyan deyib ki, ey mənim erməni qardaşlarım, inanmayın, çünki Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku Ermənistanın siyasi həyatında güc komponenti ola bilməz.

Qeyd edək ki, Şirinyan bu fikirləri Lori bölgəsindəki Spitak sakinləri ilə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, səsləndirdiyi fikirlər rusofob anlamına gəlməməlidir: “Mən Ermənistanda mafiya, quldurluğın yox, istehsal və iqtisadiyyat omasını istəyirəm...”

Təbii ki, Şirinyan özü ideal biri olmasa da, amma o bu fikirləri ilə Robert Koçaryanın kimin tulası olmasına diqqət çəkməyə çalışıb.

Maraqlıdır ki, Şirinyan bir çox erməni seçicisinin Rusiya ilə münasibətlərinin necə olacağından narahat olduğunu inkar etmir. O, bu münasibətlərin təkcə geostrateji və tarixi baxımdan deyil, həm də Rusiyada böyük bir erməni diasporunun yaşadığına görə də əhəmiyyət kəsb etdiyini bildirib.

Rusiya ilə bərabər əsaslarla ünsiyyət qurmağın tərəfdarı kimi çıxış edən partiya rəhbərinin ruslardan bir təbəqqesi var: ermənilərlə bərabər münasibət qurub, ölkədə keçirilən seçkilərə agent şəbəkəsi vasitəsi ilə təsir göstərməmək.

Şirinyan Rusiya ermənilərinə də Ermənistandakı seçkilərə təsir göstərməyə çalışmamaq barədə xəbərdarlıq edib.

Daha maraqlısı isə Şirinyanın “ABŞ-ın geri dönməsinə” dair nümayiş etdirdiyi məmnunluqdur. Onun fikrincə, ABŞ Ermənistana qayıdışını sürətləndirsə, ölkədəki “böyük itkilərin qarşısı alınmış olar”. Şirinyan, Hindistan, Çin və Fransa investorlarının Ermənistana yatırım yatıracaqlarına da ümidlidir.

Yeri gəlmişkən bildirək ki, indi özünü “humanist- təşkilatçı” kimi göstərən Levon Şirinyan, yuxarıda da qeyd etdiyimiz kimi, elə də ideal biri deyir. Yadımdadır ki, vaxtilə “məğlubediləz erməni ordusu” barədə mif yaradanlardan biri olan Şirinyan tezliklə həmin ordunun Arazboyu hücuma keçib Bakıya çatacağını bildirirmışdi.

...Deyəsən, indi quyruğu qapı arasında qalıb quzuya dönənlərdən biri də elə Levon Şirinyandır...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə