Putin və Bayden “qırmızı xətləri” də müzakirə edəcəklər - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Amerika prezidentləri Vladimir Putin və Co Baydenin istədikləri qədər üz-üzə danışa biləcəklərini söyləyb. O, əlavə edib ki, heç kim görüş vaxtını məhdudlaşdırmır.

Peskov dövlət başçılarının diplomatik mülkiyyət məsələsini müzakirə edəcəyini deyib. Kreml rəsmisi ikitərəfli əməkdaşlıq sahəsində "bütün dağıntıları təmizləmək" lazım olduğunu bildirib.

Mətbuat katibi Putin və Bayden zirvəsindən əvvəl Amerika hökumətinin ritorikasının pozitiv şərait əlavə etdiyini və bunun danışıqlar zamanı nəzərə alınacağını qeyd edib. “Bununla birlikdə, Rusiya lideri amerikalı həmkarı ilə "qırmızı xətlər"in müzakirəsinə həmişə açıqdır”- deyə o vurğulayıb.

Xatırladaq ki, RF Prezidenti Vladimir Putinin ABŞ prezdenti Co Bayden ilə görüşü 16 iyun çərşənbə günü yerli vaxtla 13:35-də başlayacaq. Dövlət başçıları Cenevrədə “Villa La Grange”də görüşəcəklər. 78 yaşlı Baydenin Rusiya lideri ilə görüşdükdən dərhal sonra Avropa turundan Vaşinqtona dönəcəyi də məlumdur.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...