"Bizim üçün heç bir mənası və dəyəri yoxdur" - Türkiyə XİN-dən Afina toplantısına REAKSİYA:

"Afinada 7 Avropa Birliyi üzvü toplantısının sonunda yayımlanan (birtərəfli) Birgə Bəyannamənin bizim üçün heç bir mənası və dəyəri yoxdur". SİA xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç 7 Avropa Birliyi (AB) üzvünün Afinada keçirdyi toplantının sonunda yayımlanan ortaq açıqlamaya reaksiya verərkən deyib.

Bu formatın Kipr məsələsi və Şərqi Aralıq dənizi ilə əlaqəli Yunan-Kipr ikilisinin maksimalist tələblərini və siyasətlərini müdafiə etdiyini bildirən Bilgiç, hər il təkrarlanan bu tərəfli və tək tərəfli münasibətin sülh, sabitlik və bölgədəki əməkdaşlığın inkişafını təmin etməsinin mümkün olmadığını qeyd edib.

Daha əvvəl də bildirildiyi kimi, Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti olmadan həqiqi bir iş ortamı yarada bilməyəcəyini vurğulayan Bilgiç, "Bu münasibətlə Prezidentimizin Şərqi Aralıq dənizi ilə əlaqədar regional bir konfrans təklifini bir daha xatırlamaq istəyirik", deyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə