Belçika kralı Baydeni qəbul edib BRÜSSELDƏ

Belçika Kralı Filip, Belçika paytaxtında səfərdə olan ABŞ Prezidenti Co Baydeni çərşənbə axşamı öz sarayında qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə kral ailəsinin Twitter səhifəsində məlumatlar yer alır.

Məlumata görə, iclasda Belçika baş naziri Aleksandr de Kroo da iştirak edib.

"Monarx və Amerika prezidenti koronavirus, ABŞ və Avropa Birliyi arasındakı iqlim və əməkdaşlıq vəziyyətini müzakirə ediblər", deyə Twitter səhifəsində informasiyalarda bildirilir.

Xatırladaq ki, Belçika monarxı əvvəllər ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Donald Trampı da qəbul edib. Belçika mediası, Amerika liderlərinin Belçika monarxına olan bu marağını protokol məsələləri ilə yanaşı, Belçikanın NATO qərargahına və Avropa Birliyinin əsas qurumlarına ev sahibliyi edən bir dövlət olaraq əhəmiyyətini izah edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...