Putinin mətbuat konfransı olacaq BAYDENLƏ DANIŞIQLARDAN DƏRHAL SONRA

Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı Amerika lideri Co Bayden ilə danışıqlardan dərhal sonra baş tutacaq, lakin ABŞ prezidentinin mətbuat konfransının Kremldə olub-olmayacağı məlum deyil. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

“Cənab Baydenin mətbuat konfransının keçirilib-keçirilməyəcəyini bilmirəm, amma rəsmi şəkildə Vladimir Putinin mətbuat konfransının görüşdən sonra keçiriləcəyini təsdiq edə bilərəm. Rusiya-Amerika danışıqları bitən kimi Vladimir Putin bir mətbuat konfransında iştirak edəcək. Biz cənab Baydenin konfranslarda iştirak edib-etməyəcəyini bilmirik", deyə Peskov bildirib.

Xatırladaq ki, Rusiya-ABŞ sammiti 16 iyun tarixində Cenevrədəki Villa La Qranj-da baş tutacaq. Tərəflərin bir sıra məsələlər barədə ümumi razılığa gələcəyinə ümid edilir. Diqqətə çatdıraq ki, Bayden ABŞ prezidenti seçildikdən dərhal sonra Rusiya tərəfinə bir sıra ittihamlar səsləndirib, Rusiya lideri də bunu cavabsız qoymayıb. Ümumiyyətlə, ABŞ və Rusiya arasında münasibətlərin heç zaman bu şəkildə gərgin olmadığı qənaətində olan politoloqlar, 16 iyun tarixindən sonra gərginliyin nisbətən aradan qaldırılacağını düşünürlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...