Yoluxanların sayı 177 milyon 34 min 414 nəfərə çatdı - DÜNYADA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 177 milyon 34 min 414 nəfərə çatıb. SİA Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 827 min 761 nəfərdir. İndiyədək 161 milyon 227 min 14 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 335 239 nəfər virusa yoluxub, 615 232 xəstə dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 570 881 nəfərdə virus aşkar edilib. Xəstələrdən 377 061 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 454 861 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 488 404 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 741 354 yoluxma, 110 454 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Türkiyədə 5 336 073 nəfər virusa yoluxub ki, onlardan 48 795-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...