Gürcüstanda mitinqdən sonra 64 nəfər yoxa çıxıb

Gürcüstanda mitinqdən sonra 64 nəfər yoxa çıxıb

Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş mitinqin dağıdılmasından sonra 64 nəfər yoxa çıxıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın hüquq müdafiə təşkilatları məlumat yayıblar.

Onlar bildiriblər ki, Daxili İşlər Nazirliyi tərəfindən saxlanılmış 105 şəxs arasında həmin şəxslərin adları yoxdur.

Güc strukturları isə bildirir ki, onlara heç kəs axtarış sorğusu ilə müraciət etməyib. Bu gün hüquq müdafiə təşkilatları itən şəxslərin siyahısını DİN-ə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə