Şotlandiyada parlament seçkiləri keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçki nəticəsində iki müsəlman namizəd- Şotlandiya Milli Partiyasının nümayəndəsi Hamza Yusaf və Leyboristlər Partiyasının üzvü Hanzala Malik deputat seçilib.
Bundan öncə 2007-ci ildə ilk dəfə olaraq Pakistan əsilli müsəlman Başir Əhməd ölkə parlamentinə deputat seçilmişdi.
26 yaşlı Hamza Yusaf öz partiyasında böyük nüfuza malikdir. Hətta Şotlandiya mətbuatı 2011-ci ildə onu "ilin adamları" siyahısına daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB