Gürcüstanda koronavirusa yoluxma halı - 354 mini ötdü

Gürcüstanda ötən sutkada daha 311 nəfər koronavirusa yoluxub, 12 pasiyent vəfat edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saatda daha 936 nəfər sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 354 min 276 yoluxma halı müəyyən edilib. Yoluxanların 340 min 328-i sağalıb, 5 min 060-ı dünyasını dəyişib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə