“…Robert Köçəryanı 1992-ci ildən tanıyıram. Xarakterli “kişi”dir, başı çox yaxşı işləyir. 100 faiz vətənpərvərdir, ciddi əlaqələri var, əsil bizim adamdır, yəni ermənidir: heç vaxt xəyanət etməz, başqasına baş əyməz”. Bu lap ağ oldu: erməni hara, xəyanət etməmək hara? Yəqin Robert buna da nəsə yağlı bir vəd verib…
Deməli, bu dəqiqə Ermənistanda seçkinin, ruslar demiş “zaqar” vaxtıdır. Seçicilər də, seçikdə özlərini qalib etmək üçün dəridən-qabıqdan çıxırlar. Yalan vədlər də ki, necə deyərlər… “ləyənnən”.
“Dəridən-qabıqdan çıxıb” dedim, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun dərisinə sığmayan vicudu gəldi gözümün önünə...
Demə, Xaçaturov elə əvvəldən Köçəryan “pərəstişkarı” imiş. Mən onun yuxarıda Köçəryan haqqında dediklərinin də Robertə olan səmimiyyətindən qaynaqlandığına heç bir şübhə etmirəm. Yoxsa, bu boyda əndamlı birinə nə düşüb ki, belə bir istidə el basa-basa durub Noyemberyana-Roberti tərifləməyə gələ?
Seçkilərdə Köçəryana və komandasına səs verməyi təklif edən Xaçaturov Robert hakimiyyətə gələcəyi təqdirdə ermənilərin heç bir təhlükə ilə üzləşməyəcəyinə, cənnətdə yaşayacaqlarına əminlik bildirib.
Deyir, indi bizi müharibə ilə qorxudurlar, amma Köçəryan hakimiyyətə gələndən sonra qorxuda bilməyəcəklər... “çünki onun ciddi əlaqələri var”.
Deyir, bu dəqiqə azərbaycanlılar ermənilərdən hansı əraziləri tələb edirsə, Paşinyan qorxusundan o dəqiqə verir. Amma Köçəryan hakimiyyətə gələndən sonra verməyəcək... “çünki o 100 faiz vətənpərvərdir”.
Deyir, “...qoyun, bir Robert hakimiyyətə gəlsin, ondan sonra biz hər gün daha da güclənəcəyik və bu dünyada “ləyaqətlə” yaşayacağıq. Bu gün bu bizim kredomuz olmalıdır. Mən özüm heç bir partiyanın üzvü deyiləm. Amma buna baxmayaraq, bu hökumətin, yəni Nikolun dəyişmək lazım olduğunu söyləməyə gəldmişəm”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB