Səudiyyə Ərəbistanının yalnız bu il vətəndaşlarına və ölkə sakinlərinə həcc ziyarətinə getməsinə icazə veriləcəyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Həcc və Ümrə Nazirliyinin sosial mediada verdiyi açıqlamada, bu il Həcc missiyası üçün Covid-19 epidemiyası və mutasiyalarına qarşı tədbirlər görüldüyünü və ümumi hacı namizədlərinin 60 minlə məhdudlaşdığını bildirib. Hazırda ölkədə yaşayan və peyvənd olunmuş vətəndaşların müraciət edə biləcəyi bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə