“Alkoqollu erməni xalqının siması ola bilməz?”

Daha bu qədər də yox da... İnan ki, “çaqqal var gön aparır, yazıq Paşi... qurdun adı bədnamdır”. İndi bir səhvdi eləyib də, içkili halda əl qaldıraraq bir balaca sındıra-sındıra oynayıb. Hə, indi, nə olasıdı ki? İndi siz nə bilirsiniz, bəlkə də elə Məcnun kimi, sonrakı aqibətini gözü önünə gətirib “dərddən” ağlay... oynayırmış... O dəqiqə də bir əsas tapırsınız. Təbii ki, adam qaralamaq siz ermənilərdə irsidir. Nə bilim, kiminiz Nikolu küçədən erməni hakimiyyətinə gəlmiş biri kimi təqdim edirsiniz, kiminiz də ki, “alkoqol düşkünü olan bir adam, erməni xalqının ümumi obrazı ola bilməz” deyirsiniz.

Hələ bir deyirsiniz ki, bu adam ermənilər arasında düşmənçilik toxumu da səpirmiş.

Bu yerdə sizi bilmirəm, amma bu artıq mənim onun əsil erməni olmasına heç bir şübhə yeri qoymur. Sizsə, az qala, onun əsil qanıtəmiz erməni olduğuna şübhə etmək istəyirdiniz. Əgər Paşinyan, doğrudan da, düşmənçilik toxumu səpməyi bacarırsa, heç bir şübhəniz olmasın, deməli, o əsil ermənidir.

Deyirsiniz ki, onun “xəyanətini” dəstəkləməyənlərə “meydan” oxuyur. Əslində, burada mən sizin saxta təəccübünüzə təəccüblənirəm. Çünki sizin dedikləriniz elə erməni qanından gələn bir şeydir. Burada söhbət hər hansı bir erməninin haqlı və ya haqsız olmasından getməməlidir. Yadınıza salım ki, hələ 1907-ci ildə Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin Ali Sinoda göndərdiyi arayışda sizi oğru adlandırması bir yana, sizi həm də yalandan hay-həşir salmaqda böyük təcrübəyə sahib biri kimi təqdim etmişdi. Deyim ki, Frenkelin bir müddət sizə “haqq yolu” göstərənlərlə, yəni dindarlarınızla bir yerdə çalışmışdı. Dediklərini də, sizin din xadimlərinizin əməllərinə istinad edərək yazmışdı.

İnanın ki, mən artıq burada söz tapa bilmirəm. Əgər, doğrudan da, sizin hələ dindarlarınız bu gündədirsə, vay, onda Nikol kimi içki içib, sonradan Azərbaycanın “Çimən kənd” rəqsinin “erməni variantının” sədaları altında şıllaq ataraq rəqs edənlərin halına.

...Məhz buna görə də, mən bəzi ermənilərin Nikolu xalqın adından danışmağına irad tutanları qəbul etmirəm. Çünki bu gün “qəbul etməsəniz də belə” Paşinyan da elə sizlərdən biridir...gürcü dahilərindən birinin dediyi kimi, “...güclü dövlətlərə qulluq göstərmək üçün yalmanan çaqqallardan” biri...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə