Dünyaya bənzər planet aşkar edilib

ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) Yer kürəsinə bənzər bir qəribə və bilinməyən planet kəşf etdiyini açıqlayıb. NASA-nın Jet Propulsion Laboratoriyası (JPL) tərəfindən Nyu-Meksiko Universiteti ilə birlikdə aparılan araşdırmalar zamanı yeni bir planet kəşf edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir ilin cəmi 24 gün davam etdiyi “TOI-1231b” adlanan planet qırmızı cırtdan ulduzun ətrafında dövrə vurur və ölçülərinə görə, Neptuna bənzəyir.

Atmosferi təxminən 57 dərəcədir və TOI-1231b-ni indiyə qədər tapılan ən soyuq və ən kiçik ekzoplanetlərdən biri olduğu bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə