Korsika sahillərində neft DAĞILARAQ ƏTRAFA YAYILIB

Neftin ətrafa dağılaraq yayılması Fransanın Korsika adasının şərq sahillərində aşkar edilib. SİA xəbər verir ki, bu barədə yerli Korsika Departamentinin Prefekturası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yerli hakimiyyət sahil mühafizəsi planı hazırlayıb.

"Səhər erkən saatlarında aparılan kəşfiyyat işləri sayəsində, biri Dian gölündən 800 metr şimalda, digəri Solentsara kommunasının sahilindən 3,5 kilometr məsafədə olmaqla iki ləkənin varlığı təsbit edilib", deyə prefekturanın bəyanatında qeyd olunur.

Dəniz çirklənməsinin aradan qaldırılması üçün xidmətlərlə yanaşı, yanğın və xilasetmə xidmətlərinin sahillərə göndərildiyi də bildirilir.

Xatırladılır ki, bundan əlavə, milli jandarma çimərliklərin təhlükəsizliyini təmin edəcək işçilər təyin edib. Bəndlərin inşasında iştirak etmək üçün hazırlanmış xidmətlər də iştirak edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə