115 nəfər koronavirusdan ölüb - İRANDA

İranda ötən sutka ərzində 115 nəfər koronavirusdan (COVID-19) ölüb. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 81 911 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 7 444 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 020 522 nəfərə çatıb. Virus daşıyıcılarından 3 483 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 2 640 281 nəfər koronavirusdan sağalıb, 21,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 5,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 802 min təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə