Rusiyada son sutka ərzində koronavirusa 13 510 yeni yoluxma halı qeydə alınıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 193 964 nəfərə çatıb. Rusiyada son bir gündə 399 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 073 nəfərdir. İndiyədək 4 792 169 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB