Gürcüstanda ötən sutkada daha 794 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 498 nəfər sağalaraq evə buraxılıb. SİA-nın verdiyi məlumata görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 353 443 nəfər yoluxub, onların 338 318-i sağalıb. Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 22 nəfər artaraq 5 034 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə