Türkiyədə son sutkada koronavirusa qarşı tətbiq edilən vaksin sayı 500 mini ötüb

Türkiyədə son sutkada koronavirusa qarşı tətbiq edilən vaksin sayı 500 mini ötüb

Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə gündəlik doza sayına görə təxminən üç dəfə çoxalıb.
SİA xəbər verir ki, iyunun 11-də ölkə üzrə COVID-19 infeksiyasına qarşı peyvəndləmə 32 milyon 791 min 881 dozaya çatıb. Səhiyyə naziri Fahrettin Koca bildirib ki, son sutkada tətbiq olunan vaksin sayı 500 min doza olub. Bu göstərici peyvəndləmə başlanandan bu günədək əldə olunan maksimum göstəricidir. Nazirin sözlərinə görə, gündəlik tətbiq olunan peyvənd sayında ciddi artım əldə etmək üçün əlavə tədbirlər görülür.
Qeyd edək ki, səhiyyə işçilərinin kütləvi peyvəndlənməsi, vaksin tədarükü, peyvəndləmə məntəqələrinin və artırılması sayəsində Türkiyə koronovirusla mübarizə aparan qabaqcıl ölkələr sırasına daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə